Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunub.
Bizim.Media xəbər verir ki, ilk növbədə test işləri həyata keçiriləcək.
"Azəriqaz" İB bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
MÖVZU İLƏ BAĞLI:
Sabah Xankəndiyə qaz veriləcək - "Azəriqaz"dan AÇIQLAMA
Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olmuşdu.
Qeyd edək ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.
Bizim.Media