Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.
Bu barədə Bizim.Media-ya KTM-dən bildirilib.
Qeyd olunub ki, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:
"Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 28.03.2022
Bayram günlərində 200-dən çox adam zəhərlənib, vəziyyəti ağır olanlar var
Hazırda oxunan: Bayram günlərində 200-dən çox adam zəhərlənib, vəziyyəti ağır olanlar var
Hazırda oxunan: Bayram günlərində 200-dən çox adam zəhərlənib, vəziyyəti ağır olanlar var
66717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.