Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq - FOTO

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq - FOTO

Hazırda oxunan: Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq - FOTO

66706

Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasimi ilə bağlı hazırlıq prosesi davam edir. 

Bizim.Media-nın çəkiliş qrupu hadisə yerindən xəbər verir ki, eks-prezidentlə vida mərasimi az sonra Şəhriyar adına Mədəniyyət mərkəzində təşkil olunacaq.

Daha sonra Ayaz Mütəllibov son mənzilə yola salınacaq. Yaxınlarının verdiyi məlumata görə eks-prezidenti I Fəxri Xiyabanda dəfn olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfni ilə bağlı GÖSTƏRİŞ VERDİ - ÖZƏL


Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilir. 

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi. 

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO