Xaçmazda qəza, ata-oğul yaralandı

Xaçmazda qəza, ata-oğul yaralandı

Hazırda oxunan: Xaçmazda qəza, ata-oğul yaralandı

66679

Gəndab-Yalama yolunun Xaçmazdan keçən hissəsində qəza baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Ağarəhimoba kənd sakinləri - 52 yaşlı İdris Kərəm oğlu və 29 yaşlı Firuz İdris oğlu Abdullayevləri avtomobil vurub.

Müxtəlif xəsarətlər alan ata-oğul dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Xaçmazda ata-oğulu avtomobillə vuran şəxsin kimliyi məlum olub. Rayonun Nərəcan kənd sakini, 22 yaşlı Emil Qurbanovun idarə etdiyi "Hyundai" markalı avtomobillə İdris və Firuz Abdullayevlər vurulub.

Qəzanın səbəbləri rayon polis şöbəsinin istintaq bölməsində araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO