Sabiq prezident Ayaz Mütəllibov vəfat etdi

Sabiq prezident Ayaz Mütəllibov vəfat etdi

Hazırda oxunan: Sabiq prezident Ayaz Mütəllibov vəfat etdi

66661

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov vəfat edib.

Bizim.Media AZXEBER.COM-a istinadən xəbər verir ki, Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb.

1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.

1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifələrini tutub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO