Bakıda açılan Hindistan sərgisindən FOTOLAR

Bakıda açılan Hindistan sərgisindən FOTOLAR

Hazırda oxunan: Bakıda açılan Hindistan sərgisindən FOTOLAR

66534

Bu gün Bakıda “Best of India” - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisinin açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, sərgi Hindistanın qədim musiqi alətlərinin ifası və məşhur hind rəqsləri ilə açıq elan edilib.

Ziyarətçilər rəngarəngliyi ilə göz oxşayan sərgidə ölkənin milli adət-ənənələri ilə tanış olub, həmçinin əyləniblər.

Bundan başqa, sərgidə qonaqlara qədim hind geyimi olan sari,  bilərzik və qolbaqlar, həmçinin ətirli hindçayı təqdim edilib.

Qeyd edək ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.

Sərgidən görüntülər sizə təqdim edirik: 

Rəşad Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO