Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına ZƏNG ETDİ 

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına ZƏNG ETDİ 

Hazırda oxunan: Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına ZƏNG ETDİ 

66519

Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib. 

Bizim.Media-nın “Report”a istinadən məlumatına görə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər. 

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib.

Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə danışıb, yaxşı olduğunu bildirdi". 

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO