İlk dəfə Tərəvəzçilik Ensiklopediyası yaradıldı

İlk dəfə Tərəvəzçilik Ensiklopediyası yaradıldı

Hazırda oxunan: İlk dəfə Tərəvəzçilik Ensiklopediyası yaradıldı

66377

Azərbaycanda ilk dəfə olaraq Tərəvəzçilik Ensiklopediyası hazırlanıb. 

Bizim.Media-ya bu barədə  Azərbaycan Tərəvəzçilik İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev məlumat verib.

O, qeyd edib ki, MDB ölkələri arasında Rusiyadan sonra tərəvəzçiliklə bağlı yalnız Azərbaycanda belə elmi toplum hazırlanıb:

"Rusiya tərəvəzçilik ensiklooediyasında 2800 elmi söz və ifadə var, bizim endiklopediyada isə 3400 elmi söz və ifadə  yerləşdirilib.İndiyə qədər bizdə tərəvəzçiliklə bağlı belə toplum olmayıb".

Elmar Allahverdiyevin sözlərinə görə, belə mükəmməl bilgi toplusuna ehtiyac vardı. Burada toxumçuluq, seleksiya, aqrokimya, genetika və ümumilikdə tərəvızçiliyə və  buna yaxın sahələr üzrə söz, termin və ifadələr toplanıb.

Ensiklopediya Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun 5 nəfər alimi - Elmar Allahverdiyev, Şakir Quliyev, Ələmdar Əsgərov, Fəxrəddin Ağayev və Əlisoltan Babayev tətəfingən hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO