Azərbaycanlı jurnalist Zelenski ilə dostluğu haqqında niyə danışmaq istəmədi? – ACI SƏBƏB  

Azərbaycanlı jurnalist Zelenski ilə dostluğu haqqında niyə danışmaq istəmədi? – ACI SƏBƏB  

Hazırda oxunan: Azərbaycanlı jurnalist Zelenski ilə dostluğu haqqında niyə danışmaq istəmədi? – ACI SƏBƏB  

66373

"Mənim Zelenski ilə dostluğum onun prezident seçilməsindən öncə başlayıb. O, həmin zamanlardan Rusiyadan zəhləsi gedirdi. Krımın ilhaqı ilə barışmırdı".

Bu sözləri Bizim.Media-ya açıqlamasında bir zamanlar Ukrayna prezidenti Volodimir Zelenski ilə dostluq münasibətləri qurmuş jurnalist Şakir Eminbəyli deyib.

O, hazırda baş verən hadisələrdən pis olduğunu, dostunun çətinlikdə olduğu bir vaxtda xoş günləri yada salıb danışmağın çətin olduğunu bildirib:

"Bizim onunla tanışlığımız 2018-ci ildə agentliyin həyata keçirdiyi layihə çərçivəsində baş tutub. Bu barədə açıqlamalar da vermişəm. Amma hazırda danışa bilmirəm, orada insanlar ölür, Ukrayna dağıdılır, məhv olur. Zelenski həyatının ən çətin həm də məğrur günlərini yaşayır, mən o günlər haqqında danışa bilmirəm".

Şakir Eminbəyli həmçinin qeyd edir ki, Zelenskinin çox güclü idarəçilik qabiliyyəti var və o bir addım da geri çəkilməyəcək: 

"Volodimir Zelenski prezident olmamışdan öncə media, internet, əyləncə sahəsində öz yerini, mövqeyini tutmuş güclü və uğurlu şirkət yaradıb. Onun menecerlik qabiliyyəti, idarəçilik bacarıqları yüksək səviyyədədir. İnanıram ki, o, çətinliyin öhdəsindən gələcək".

Səkinə Yusibli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO