Göygöl dondu - FOTO

Göygöl dondu - FOTO

Hazırda oxunan: Göygöl dondu - FOTO

66290

"Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qalıb. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb".

Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev deyib.

O bildirib ki, hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub:

"Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO