Goranboydakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Goranboydakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Hazırda oxunan: Goranboydakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

66288

​​​​Goranboyda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.    

Bizim.Media-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayıb.

Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada cütlük arasında mübahisə düşüb.

Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi "Range Rover"lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.

Bildirilib ki, 3 övlad sahibi olan ikili arasında münaqişə qısqanclıq zəminində baş verib. Qeyd edilib ki, cütlük arasında indiyədək dəfələrlə bu səbəblə mübahisələr olub.

Hətta Əfsanə Məmmədova bu münaqişələrdən biri zaman həyat yoldaşını həbs etdirib. Qeyd edək ki, yaralı halda Gəncədə yerləşən xəstəxanaların birinə aparılan qadın həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. 

Ehtiram Muradov, Bizim.Media

15.46 ***

Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, Goranboy rayonunun Dəliməmmədli şəhərində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

14.58 ***

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. 

Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. 

Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO