ReAL-ın icra katibi damdan yıxılıb – Özündən AÇIQLAMA

ReAL-ın icra katibi damdan yıxılıb – Özündən AÇIQLAMA

Hazırda oxunan: ReAL-ın icra katibi damdan yıxılıb – Özündən AÇIQLAMA

66151

“11 yaşında dama çıxıb papaq atarkən qonşunun həyətinə yıxılmışam”.

Bunu Bizim Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Novruz Bayramında başına gələn maraqlı hadisələrdən danışarkən deyib:

“Uşaqlıq dövründə Novruzda başıma gələn və yadda qalan maraqlı hadisələr çox olub. Yasamalda həyət evlərində böyümüşəm. Novruzda damlardan da keçərək papaq atırdıq. Bir dəfə 5-ci sinifdə oxuyarkən, damdan papaq atarkən qonşunun həyətinə yıxıldım. Bu zaman əlim əzildi. Qonşu yuyub təmizlədi, yod qoydu. Sonra da məni buraxmadılar, süfrəyə dəfət etdilər və xeyli müddət onların süfrəsində oturmalı oldum”. 

Həmsöhbətimiz bildirir ki, bu hadisə onun valideynlərini ciddi narahat edib: 

“Bu müddətdə qonşular və valideynlərim narahat olaraq məni axtarıblar. Buna görə anam çox ağlamışdı. Evə gələndə də danladılar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO