Ötən gün 74 cinayətin üstü “isti izlər”lə açıldı – STATİSTİKA

Ötən gün 74 cinayətin üstü “isti izlər”lə açıldı – STATİSTİKA

Hazırda oxunan: Ötən gün 74 cinayətin üstü “isti izlər”lə açıldı – STATİSTİKA

66123

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

2022-ci il mart ayının 21-də və 22-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatda deyilir ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO