Zaqatalada ana doğuş zamanı öldü - FOTO 

Zaqatalada ana doğuş zamanı öldü - FOTO 

Hazırda oxunan: Zaqatalada ana doğuş zamanı öldü - FOTO 

66051

Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib. 

Bizim.Media Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.

Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib.

Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.

Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər. 

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər.

Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO