Bakı metrosunda SSRİ gerbi NARAZILIQ yaratdı – Qurumdan rəsmi AÇIQLAMA

Bakı metrosunda SSRİ gerbi NARAZILIQ yaratdı – Qurumdan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakı metrosunda SSRİ gerbi NARAZILIQ yaratdı – Qurumdan rəsmi AÇIQLAMA

66045

Bayram günlərində "Bakı Metropoliteni” QSC-nin nümayiş etdirdiyi retro vaqonlarının üzərində həkk edilmiş SSRİ gerbi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə ciddi müzakirə obyetktinə çevrilən məsələ aidiyyəti qurumu da hərəkətə gətirib. 

Bizim.Media xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Facebook” hesabında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə nümayiş olunan retro vaqonlar nə “Rusun köhnə xlamı”, nə “Sovetin bir parçası”, nə də “Sovetin bərpasını istəyənlər”in niyyətinin təzahürüdür:
 

MÖVZU İLƏ BAĞLI:

Metropolitendə retro vaqonlar nümayiş olunur - 1934-cü il istehsallı...


“Bu vaqonlar 2017-ci ildən nümayiş olunur. Hər dəfə Bakı metrosunun irsi kimi maraqla qarşılanır və onlar, Moskva metrosu məmnuniyyətlə, sevinə-sevinə qəbul etməyə hazır olsa belə, Bakı metrosuna məxsus tarixi eksponatlardır. Onun nə ruspərəstliklə, nə də Sovetpərəstliklə heç bir əlaqəsi yoxdur. Artıq nadir muzey incisidir. Metro vaqonlarının istehsalında da Azərbaycanın haqlı payı var və bu gün müstəqil Azərbaycanın tarixi haqqıdır”. 

Qurum rəsmisi qeyd edib ki, bugünkü metronun tunelindən tutmuş vaqonuna qədər çox şeyi Azərbaycandan kənarda istehsal olunub:

“Bugünkü metro, əsasən, Sovetdən qalıb, rusdan qalmayıb. Amma bizim də sahiblik haqqımz çatan ortaq iqtisadiyyatın məhsulları olub. Deməli, Sovet rəmzləri, o cümlədən herbi altında olan hər bir şeyə, ən azı, bizim də olanlara “mənimdir” deməyə haqqımız çatır.

Onun hər bir detalı, onun hər bir simvolikası, onun qapısında yazılan sözün dili və s. Sovet dövründən qala bilər. Əksini etsək, tarixin saxtalaşdırılması olacaq. Biz isə saxtakar deyilik.

Deməli, bu xiffət deyil və ya Sovetbaşlıq, Rusbaşlıq, Sovet imperiyasının bərpasını istəmək deyil. Vaqonlar həmin dövrün təcəssümüdür.

Lakin bizim də nökəri yox, haqlı sahibi olduğumuz tarixin bir parçası kimi muzey eksponatıdır. Bu təkcə metro vaqonuna aid olmamalıdır. Bura Sovet dövrünün məhsulu olub, lakin Azərbaycanda saxlanılan hər bir irs nümunəsi daxildir”, - deyə Bəxtiyar Məmmədov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO