Banklar bayram günləri insanları niyə ALDATDI? - ŞİKAYƏT

Banklar bayram günləri insanları niyə ALDATDI? - ŞİKAYƏT

Hazırda oxunan: Banklar bayram günləri insanları niyə ALDATDI? - ŞİKAYƏT

66042

Banklar pul köçürmə və göndərilməsində ən sürətli vasitədir. Amma bayram günlərində banklarla və bankomatlarla bağlı problem yaşanıb. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərin ardı-arası kəsilmir. Şikayətçilərin bildirdiyinə görə üstəlik pul köçürmələri və göndərilmələr də mümkün olmayıb.

Hətta mobil versiyada xidmət göstərən “BirBank” tətbiqində fasilələrlə dayanmalar müşahidə olunub. Bu isə bəzi vətəndaşları çətin duruma salıb.   

“Unibank”-ın mobil tətbiqilə isə kredit kartına olan köçürmələr ünvanına çatmayıb. Narazı vətəndaşların dediyinə görə əvvəlki təcrübələrdə də təkrar hal yaşanıb. Belə ki, qeyri-iş günlərində yüklənən köçürmələr yalnız iş günlərində göndərilən karta oturub ki, bu da operativliyə və əlçatanlığa xidmət etmir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bank kartlarında SOYĞUNÇULUQ – Beynəlxalq və Kapital Bank necə qazanır?


Qeyd edək ki, bayramdan əvvəl “Kapital Bank”, “Yelo Bank”, “ABB”, “Bank of Bank”, “Bank Respublika”, “Unibank” və “Yapı Kredi Bank” tətil günlərində əvvəlki rejimdə işləyəcəklərini bəyan etsələr də, buna əməl olunmayıb. Üstəlik bəzilərinin “Qaynar xətt”ləri ilə əlaqə yaratmaq belə mümkün olmayıb.

Məsələ ilə bağlı adlarıçəkilən banklarla biz də əlaqə yarada bilmədik. Daha doğrusu bəziləri sorğumuzu qəbul etsələr də, problemlə əlaqədar mövqe bildirmək istəməyiblər. 

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 9 günlük tətil günləri davam edir. Qeyri-iş günləri martın 19-da başlayıb, martın 27-də isə son qeyri-iş günü olacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO