Küləyin aşırdığı Gəncə Qala Qapılarının gerbi restavrasiya olunacaq - FOTO

Küləyin aşırdığı Gəncə Qala Qapılarının gerbi restavrasiya olunacaq - FOTO

Hazırda oxunan: Küləyin aşırdığı Gəncə Qala Qapılarının gerbi restavrasiya olunacaq - FOTO

66030

Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən və güclü külək nəticəsində aşan Gəncənin simvolik gerbi restavrasiya olunması üçün götürülüb.

Bu barədə Bizim.Media–nın yerli bürosuna muzeyin əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, güclü külək nəticəsində aşan gerbin bir tərəfində simvolların bəziləri yararsız hala düşüb.

Onun yerində restavrasiya olunması mümkün olmadığından xüsusi texnikaların köməyi ilə gerb emalatxanaların birinə aparılacaq.

Muzeyin əməkdaşı onu da əlavə edib ki, həmin simvolların bərpası zaman tələb edən işdir. Ona görə də çox güman ki, bu işlər müəyyən vaxt aparacaq.

Sınmış və dağılmış yerlər bərpa olunduqdan sonra gerb yenidən yerinə quraşdırılacaq.

Məlumat üçün bildirək ki, Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi bir neçə gün bundan qabaq şəhər ərzisində əsən güclü külək nəticəsində aşmışdı.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO