Azərbaycanda maska və peyvənd pasportu qadağasının götürülməsi MÜZAKİRƏDƏDİR – Rəşad Mahmudov 

Azərbaycanda maska və peyvənd pasportu qadağasının götürülməsi MÜZAKİRƏDƏDİR – Rəşad Mahmudov 

Hazırda oxunan: Azərbaycanda maska və peyvənd pasportu qadağasının götürülməsi MÜZAKİRƏDƏDİR – Rəşad Mahmudov 

66016

Son vaxtlar Azərbaycanda koronavirusa gündəlik yoluxma və ölüm sayında kəskin azalma müşahidə olunur. İnfeksionistlər ölkənin epidemioloji durumunda sabitlik olduğunu, artıq pandemiyanın bitdiyini bəyan edirlər. Yoluxma və ölüm halları Azərbaycandan qat-qat yüksək olan Gürcüstan, Türkiyə, Macarıstan, Rusiya, İtaliya kimi ölkələr artıq maska qadağasını ləğv edib. Azərbaycanda isə giriş üçün “COVID-19 pasportu” tələb olunan məkanlarda da maska qadağası qüvvədədir.

Qeyd edək ki, martın 6-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda karantin rejimi yumşaldılıb. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yenidən məhdudiyyətlər ola bilər - Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO


Yoluxmanın kəskin azalması fonunda maska, “COVID-19” pasportu tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib.

Maraqlıdır, Nazirlər Kabineti yanında Operativ Qərargah məsələni müzakirə edirmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bizim.Media-ya açıqlamasında qeyd olunan məsələ ilə bağlı aidiyyəti qurumda müzakirələrin aparıldığını bildirib:

“Son günlər ölkəmizdə və regionda koronavirus xəstəliyinin yayılması miqdarında, eləcə də xəstəxanalarda günlük ölüm göstəricilərinə nəzər salsaq, artıq sönmüş dalğa ilə qarşı-qarşıya olduğumuzu rahatlıqla deyə bilərik. Əlbəttə ki, bütün bunlar koronavirusun endemik və qriphal xəstəlik kimi müşahidə ediləcəyini deməyə əsas verir. Dünyada peyvəndin ortaya çıxması, bu xəstəliklə mübarizədə tibb işçilərinin təcrübələrinin artması, xəstəliyin insanlığa qarşı olan münasibətində əvvəlki ilə müqayisədə ağciyər tutumunun şiddətinə və eləcə də başqa orqanlarla əlaqədar öldürücülk qabiliyyətinin nisbi olaraq azalması dünya insanlarının virusla yaşayışının qəbul edillir səviyyədə olacağının göstəriciləridir. Artıq bir çox ölkələrdə epidemioloji vəziyyətin yumşaldılması ilə əlaqədar maskaların qapalı ortamlarda belə istifadəsinin qaldırılması, eləcə də peyvənd pasportlarının günlük girişlərdə yoxlanılmasının ləğv olunması reallığı ortadadır. Ölkəmizdə də aidiyyəti qurumlar, başda isə Operativ Qərargah bu  mövzu ətrafında müzakirələr aparır”.

Rəşad Mahmudovun sözlərinə görə yaxın gələcəkdə quru sərhədlərin açılması və peyvənd pasportu ilə bağlı tələbin götürülməsi məsələsi ilə bağlı qərar veriləcək:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun şəkildə həm ölkə daxilində, həm də beynəlxalq qarşılıqlı münasibətlərdə ölkələrarası quru yolların  daha rahat hərəkətinə icazə verilməsi, eləcə də peyvənd pasportunun istifadə olunmaması mövzusu gündəmdədir. Hər bir dövlət özünün iqtsadi fəallığının artırılması, sosial və bir çox problemlər gətirən  bu şəkildə əngəllərin qısa müddətdə aradan qaldırılmasını arzulayır.

Bunun üçün lazım olan addımlar atılır. Amma hər bir vətəndaşın sağlamlığının qorunması vacibliyinin dövlətin prioritetlərindən biri olduğunu unutmamaq lazımdır.

Bu baxımdan son qərarlarda ətraflı olaraq bütün parametrlər, ölkədaxili rəqəmlər, statistik gedişatlar, proqnozlar, eləcə də dünyada var olan təcrübələr nəzərə alınacaq. Azərbaycanda da bu addımlar uyğun zamanda və vaxtı gələndə atılacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO