Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rüşvət almaqda təqsirli bilinən sabiq bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlu və hospitalın digər sabiq əməkdaşı Ağayev Hüseyn İlham oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, faktla bağlı başlanılan cinayət işi üzrə sözügedən şəxslərin çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar.
Vüsal Eyvazov vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma, Hüseyn Ağayev isə təkrar rüşvət almada iştirakçılıq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 22.03.2022
Qazilərdən rüşvət alan məmurların məhkəməsi başlayır
Hazırda oxunan: Qazilərdən rüşvət alan məmurların məhkəməsi başlayır
Hazırda oxunan: Qazilərdən rüşvət alan məmurların məhkəməsi başlayır
65994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.