Millət vəkili bayramlar münasibətilə xalqı təbrik etdi

Millət vəkili bayramlar münasibətilə xalqı təbrik etdi

Hazırda oxunan: Millət vəkili bayramlar münasibətilə xalqı təbrik etdi

65987
Millət vəkili Milli Həmrəylik Günü və Yeni il münasibətilə xalqı təbrik etdi

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Moderator.az -ın məlumatına görə, təbrikdə deyilir:

Hörmətli həmvətənlərim!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, ailə səadət, işlərinizdə uğurlar arzulayıram.

Ötən əsrin 88-ci ilində Azərbaycanda başlayan xalq hərəkatının gedişində 31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi xalqımız üçün önəmli bir tarixə və birlik rəmzinə çevrildi. Həmin gün istər Quzeyli, istər Güneyli, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəylik günü kimi qeyd edilir.

Ötən il Güney Azərbaycanda, Borçalıda və digər tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız üçün də müxtəlif olaylarla yadda qaldı. Milli haqları üçün Tehran rejiminin zindanlarında məhbəs həyatı sürən soydaşlarımız ciddi iradə nümayiş etdirərək 2014-cü ildə başqa bir qəhrəmanlıq nümunəsi sərgilədilər. İlin bu son anlarında onların timsalında dünyanın ayrı-ayrı nöqtələrində, o cümlədən planetin 70-dən artıq ölkəsində Azərbaycan ruhunu yaşadan bütün bacı və qardaşlarımızı Milli Həmrəylik Günü və yeni il münasibətilə təbrik edir, milli haqları uğrunda mübarizə aparan soydaşlarımızın hər zaman yanında olacağımızı bir daha bəyan edirik.

2015-ci ildə xalqımıza sülh, əmin-amanlıq, hakimiyyətin münasibətlər sistemində yeni dövrün başlanmasını, dialoq, barış, həmrəylik, siyasi məhbusların azad olumasını, ölkəmizin demokratikləşməsini, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, günüeyli soydaşlarımızın öz haqlarına qovuşmasını diləyirəm.

Bir daha həmvətənlərimin hər birini Milli Həmrəylik Günü və Yeni il münasibətlə təbrik edir, 2015-ci ilin millətimizə, dövlətimizə, xalqımıza xeyirli, uğurlu olmasını diləyirəm.

Sizləri barış və dialoqa, milli həmrəyliyə çağırıram. Azərbaycanımızın nicatı, xalqımızın rifahı və əmin-amanlığı, dövlətçiliyin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bunu tələb edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO