Media platformada kim kimə uduzur? – Azərbaycan KİV-lərinin PROBLEMİ 

Media platformada kim kimə uduzur? – Azərbaycan KİV-lərinin PROBLEMİ 

Hazırda oxunan: Media platformada kim kimə uduzur? – Azərbaycan KİV-lərinin PROBLEMİ 

65976

Sirr deyil ki, bu gün Azərbaycanda yaradılan saytların sayı günü-gündən artmaqdadır. Bəs saytların izləyici toplamaq və reklam qazanmaqda əsas rəqibi nələrdir? Bizim. Media bu mövzuda xüsusi araşdırma edib.

Editor.az saytının baş redaktoru Fərid Şahbazlı bu fikirləri ilə Bizim.Media-nın sorğusuna qatılıb.

“Mən hesab edirəm Azərbaycanda saytların əsas rəqibləri digər sosial platformalardır. Reallaığı etiraf etmək lazımdır ki, digər sosial platformalar ildırım sürətli bir funksiyaya malikdir və istənilən informasiyalar orada daha tez yayılır. Bəzən isə bu informasiyalar ictimai və dövlət maraqlarına zərərli olur, ən yaxşı halda isə doğru olmur.

Saytlar isə bu kimi informasiyaları təkzib etməklə məşğul olurlar və araşdırdıqları sürəcdə vaxt gedir. Bu mənada saytların ən böyük rəqibləri sosial şəbəkələr hesab oluna bilər. Televiziyalar isə müəyyən bir kütləyə malik olsalar da, operativlik baxımından onlayn media subyektləri ilə yarışa girə bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərə işləyən Azərbaycan KİV-ləri hansılardır? – Millət vəkillərindən AÇIQLAMA 


Başqa ölkələrin xüsisilə Tv sektorunda xəbər kanalları çox olduğu üçün bunu bacara bilirlər. Amma Azərbaycanda isə hələ ki bu mümkün deyil. Sosial şəbəkədəki bəzi fərdi bloklar və ya blogger fəaliyyətləri isə son illərdə izləyici və sürət  baxımından saytları üstələyirlər. Təbii ki, burada bir çox faktorlar var: Doğru və sürətli informasiya vermək bacarıqları, izləyicinin marağını doğru müəyyən edib nüfuz etmək və s.”

Space Tv-nin icraçı direktor müavini Səbuhi Məmmədov Bizim.Media ilə müzakirəsində reklam bazarının vacibliyinə diqqət çəkib.

Bu gün Televiziyaların əsas rəqibləri təbii ki, sosial şəbəkələrdir. Hal-hazırda sosial şəbəkələr sürət və reklam toplamaq baxımından televiziyaları üstələməkdədir. Buna görə də maliyyə imkanları geniş olan televiziyalar sosial platformalar yaradıb oradan da təbliğ olunmağa başlayırlar.

Bunun nə dərəcədə alınması isə işin operativliyindən və düzgün qurulmasından asılı olur. Bəzən 10 nəfərin gördüyü işi 2 nəfər daha uğurla yerinə yetirə bilir. Sirr deyil ki, bütün sosial şəbəkələrin və o cümlədən də Tv-lərin əsas gəliri reklamlardandır. Reklam şirkətləri isə daha sərfəli və sürətli təbliğata pul ayırırlar. Ona görə də bu rəqabətdə fəaliyyət göstərən şəxslər və qurumlar əsasən reklam bazarını diqqətdə saxlamalıdır”.

Uzun illər Kulis.az saytının baş redaktoru olmuş yazıçı Şərif Ağayar isə son vaxtlar saytların oxucuların daha çox video kontentlərə meyillənməsinə və diqqət çəkib:

“Saytlar həm də video materiallar təqdim edir. Bu da saytların işini müəyyən qədər klassik formatdan çıxarır. İndi o həm qəzet-jurnalı, həm də televiziyaları əvəz edir. Sosial media da ümumilikdə saytlara, bloqlara və yutub fəaliyyətinə bölünmür, hamısını özündə birləşdirir. O, klassik mətbuata alternativdir.

Sosial medianın təşəbbüsü ələ almasının ciddi səbəblərindən biri isə doğruların klassik və ənənəvi mediada yayımlanmaması və ya daha az, daha gec yayımlanmasıdır. Biz tale yüklü məsələlərlə bağlı bizi qane edən xəbəri klassik mediada görə bilmirik.

Həqiqəti dilə gətirməyi bacaran və doğru söz deyə bilən mediaya maraq getdikcə artır. Bunun içində xüsusilə video kontektlər önə keçir. Çünki insanlar yazını oxumağa ərinirlər, baxmaq və dinləmək daha az zəhmət tələb edir. Tik Toka kütləvi meyl də bununla bağlıdır. Bu, günün reallığıdır və heç də mənfi yanaşmaq lazım deyil.

Çalışmalıyıq ki, ciddi məlumat və söhbətləri trendə çevrilən platformalara daşıya bilək. Əsas məsələ publikaya deyiləcək sözümüzün olmasıdır. Əgər sözümüz həqiqəti ifadə edirsə, o, mütləq öz yolunu tapıb oxucusuna çatacaq”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO