Azərbaycanda travma psixoloqları hazırlanır – MÜHÜM LAYİHƏ 

Azərbaycanda travma psixoloqları hazırlanır – MÜHÜM LAYİHƏ 

Hazırda oxunan: Azərbaycanda travma psixoloqları hazırlanır – MÜHÜM LAYİHƏ 

65880

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini davam etdirir. 

Bizim.Media xəbər verir ki, layihənin hazırlıq mərhələsinə yanvar ayından start verilib.  

Psixologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələblərini layihəyə cəlb edib. Layihə çərçivəsində iki qrup- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanması nəzərdə tutulur. 

Təlimlərə cəlb edilən mütəxəssislərin ümumi sayı 30 nəfərdir. 3 ay davam edəcək layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində keçirilir. 

Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxəssislərlə bağlı məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmətlər Agentliyinə və eləcə də ərazi üzrə İcra Hakimiyyətinə göndəriləcək. 

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO