ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularını çatdırıb.
“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”.
Bizim.Media
Jill and I want to extend our best wishes to all who are celebrating Nowruz around the world. The Nowruz holiday means gathering at the Nowruz table to give thanks for loved ones, reflect on your blessings, and welcome all the possibilities of a new season. Happy Nowruz!
— President Biden (@POTUS) March 20, 2022