Cənub bölgəsində intensiv yağış: 146 nəfər təxliyə edildi - VİDEO

Cənub bölgəsində intensiv yağış: 146 nəfər təxliyə edildi - VİDEO

Hazırda oxunan: Cənub bölgəsində intensiv yağış: 146 nəfər təxliyə edildi - VİDEO

65674

Bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqına keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal əraziyə cəlb olunmuş FHN-nin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam etdirilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO