2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın öldürülməsi ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Sevgilisini qəbirstanlıqda öldürən oğlanın atası və dostu da tutuldu - 5 il sonra üstü açılan cinayət
İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B. Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.
Qeyd olunan əraziyə baxış zamanı A. Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 19.03.2022
Gənc qızı öldürən atası və daha bir nəfər saxlanıldı - FOTO
Hazırda oxunan: Gənc qızı öldürən atası və daha bir nəfər saxlanıldı - FOTO
Hazırda oxunan: Gənc qızı öldürən atası və daha bir nəfər saxlanıldı - FOTO
65668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.