Lerik və Yardımlıda işıq problemi həll olundu - FOTO

Lerik və Yardımlıda işıq problemi həll olundu - FOTO

Hazırda oxunan: Lerik və Yardımlıda işıq problemi həll olundu - FOTO

65630

Lerik və Yardımlı rayonlarının işıqsız qalan ərazilərində qəzalar aradan qaldırılıb.  

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, Lənkəran Regional Elektrik  
şəbəkəsinin təmir briqadaları qəzaları aradan qaldırıb.

Son günlər temperaturun kəskin şəkildə aşağı düşməsi, qarla müşayiət olunan şaxtalı hava səbəbindən Lerik və Yardımlı rayonunun bir hissəsini elektrik enerjisi ilə təmin edən 35-10 kv-luq yüksək gərginlikli hava verilişi xəttlərində açılmalar olmuşdu.

Şəbəkədən aldığımız məlumata görə, iki gün ərzində çətin dağ relyefi olmasına baxmayaraq, sıradan çıxmış ağac dirəklər, metal dayaqlarla əvəz olunub.

Şaxta səbəbilə sıradan çıxan naqillər və digər avadanlıqlar yenilənib.

Qeyd edək ki, hazırda da sözügedən ərazilərdə qar yağır. Lerik və Yardımlının rayon mərkəzinə və yuxarı kəndlərə 15-30 sm-dən artıq qar yağıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO