Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda Novruz tətili başlayır.
Bizim.Media xəbər verir ki, ölkədə qeyri-iş günləri martın 28-inədək davam edəcək.
Bir çox qurumlar tətil etsə də, bəziləri bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunlara DYP, FHN, "Azərsu", "Azərişıq", "Azəriqaz" daxildir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Novruz tətili başladı
Səhiyyə Nazirliyi peyvəndləmə üçün yalnız 20-21 mart tarixində qeyri-iş günü olacağını elan edib. ASAN Xidmət isə 20-26 mart tarixində işləməyəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Bizim.Media