Şirvanda anbardan 24 min manatlıq oğurluq edildi

Şirvanda anbardan 24 min manatlıq oğurluq edildi

Hazırda oxunan: Şirvanda anbardan 24 min manatlıq oğurluq edildi

65563

Martın 16-da Şirvan şəhər ərazisindəki zavodun anbarından 24000 manat dəyərində təzyiqli hava aparatının əl tapançası, 10 ədəd yük avtomobilinin yanacaq filtiri, 20 metr mis naqil, avtomobil açar dəsti, 2 ədəd metal əritmə spiralı, 220 kiloqram mis hissə oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO