Qubada güclü qar: Bu kəndə gedən yol bağlandı - VİDEO/YENİLƏNİB

Qubada güclü qar: Bu kəndə gedən yol bağlandı - VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Qubada güclü qar: Bu kəndə gedən yol bağlandı - VİDEO/YENİLƏNİB

65551

Axşam saatlarından qar səbəbindən bağlı olan Quba-Buduq yolu açılıb. 

Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya bildirib ki, 8 km məsafədə yol qardan təmizlənib:

"Yolun əksər hissəsində 1 metr qar vardı, texnika ilə təmizlədik. İndi nəqliyyat vasitələri Buduq kəndinə maneəsiz hətəkət edə bilirlər.

****

Qubanın Buduq kəndinə gedən yol axşam saatlarından bağlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək ətrafdakı qarı yola sovurub.

Buduq Kənd Bələdyyəsinin sədri Vaqif Həsənov əməkdaşımıza bildirib ki, hazırda yol işçiləri yolun qardan təmizlənməsinə çalışırlar.

Hazırda kənddə qarın yağması davam edir. Buduqun bəzi ərazilərində qarın hündürlüyü 30-40 sm təşkil edir.

Aytəkin Alxaslı, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO