Heydər Əliyev Fondunun inşa etdirdiyi məktəb istifadəyə verildi - FOTO

Heydər Əliyev Fondunun inşa etdirdiyi məktəb istifadəyə verildi - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondunun inşa etdirdiyi məktəb istifadəyə verildi - FOTO

65550

Ağstafa rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, 1930-cu ildə inşa olunmuş Həsənsu kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 420 şagird yerlik yeni məktəb binası inşa edilib.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

Üçmərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO