TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə audiovizual, çap, onlayn media və informasiya agentlikləri ilə əməkdaşlıq əlaqələri, Kütləvi İnformasiya Vasitələri üçün tibbi xidmətlərin təşkili, icbari tibbi sığortanın tətbiqinə dair birgə təlimlərin keçirilməsi, TƏBİB-in tabeliyindəki tibbi müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə və media ilə çalışan əməkdaşlar üçün vaxtaşırı birgə təlimlərin təşkili, Agentliyin PR-kommunikasiya üzrə təşkil etdiyi təlim, seminar, vebinar və konfranslara TƏBİB-in sahə üzrə əməkdaşlarının cəlb olunması və.s məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən Vüqar Qurbanov son dövrlərdə mətbuatın inkişafı, peşəkar kadrların cəlb edilməsi istiqamətində vacib işlər görüldüyünü və müsbət dəyişikliklərdə Medianın İnkişafı Agentliyinin müstəsna rolunu qeyd edib.
Əhməd İsmayılov isə öz növbəsində tibb sahəsinin çoxşaxəli və həyati əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin bu sahə üzrə ixtisaslaşmasının vacibliyindən bəhs edib.
O, gələcəkdə TƏBİB-lə birgə reallaşdırılması nəzərdə tutulan layihələrin sahənin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 18.03.2022
TƏBİB və Media İnkişaf Agentliyi əməkdaşlığa başladı – FOTO
Hazırda oxunan: TƏBİB və Media İnkişaf Agentliyi əməkdaşlığa başladı – FOTO
Hazırda oxunan: TƏBİB və Media İnkişaf Agentliyi əməkdaşlığa başladı – FOTO
65536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.