Güclü qar Ağsu aşırımında hərəkəti çətinləşdirib 

Güclü qar Ağsu aşırımında hərəkəti çətinləşdirib 

Hazırda oxunan: Güclü qar Ağsu aşırımında hərəkəti çətinləşdirib 

65534

Şaxta ilə müşahidə edilən güclü qar səbəbilə Ağsu dolaylarında və Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti çətinləşib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu yollarda hazırda 100-dən artıq nəqliyyat vasitəsinin növbəsi yaranıb.

Buz bağlamış yolların kənarlarında 60-70 sm qar yığılıb qalıb. Avtomobillərin hərəkəti çox təhlükəli və çətindir.  

Ərazi üzrə yol idarəsinin işçiləri yolun açılmasını təmin etsələr də yağan qar əlavə çətinlik yaradır. Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO