Kür çayı ilə bağlı müsbət PROQNOZ – “Qarşıdakı aylarda...” 

Kür çayı ilə bağlı müsbət PROQNOZ – “Qarşıdakı aylarda...” 

Hazırda oxunan: Kür çayı ilə bağlı müsbət PROQNOZ – “Qarşıdakı aylarda...” 

65529

“Kür çayının aşağı axınında suyun miqdarı azalmaqdadır. Səbəb də müxtəlifdir, lakin əsas iqlim faktorudur”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələri nəticəsində bir sıra ölkələrdə və Azərbaycanda su defisiti problemi yaşanmaqdadır: 

“Ölkəyə daxil olan suyun miqdarı son 10 ildə 27 % azalıb, Kürün aşağı axarında bu göstərici 50%-dən çoxdur. Digər səbəb sudan səmərəsiz istifadədir. Azsulu illər də müşahidə olunur ki, qarlı və şaxtalı günlərin azalması sululuğun azalmasına səbəb olur. Bu da suya olan tələbatı artırır. Sudan ifrat dərəcədə istifadə baş verir. Həmin ərazilərdə yaşayan vətəndaşlar daha diqqətli davranmalıdırlar”. 

U. Tağıyeva deyib ki, Kür üzərində olan müşahidələrə görə, ən aşağı səviyyə göstəriciləri qeydə alınıb. Lakin biz bir müddət əvvəl verilən proqnozlarda qeyd etmişdik ki, mart ayında yağıntıların intensiv olması ilə əlaqədar Kürün aşağı axınında vəziyyətin tədricən dəyişməsi proqnozlaşdırılır.

Məntəqələrdən aldığım məlumatlar bunu təsdiqləyir. 

“Qarşıda aprel, may, iyun aylarında gur sululuq dövrü gözlənilir. Biz ümid edirik ki, vəziyyət tədricən yaxşılığa doğru dəyişməsinin şahidi olacağıq. Kür çayında duzluluqla bağlı son monitorinq nəticələrinə görə, çayda suyun həcminin artması ilə bağlı artıq duzluluq da azalmaqdadır. Vəziyyət yaxşılığa doğru dəyişir”, - deyə qurum rəsmisi əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO