BMT Azərbaycanla bu 4 istiqamət üzrə əməkdaşlıq edəcək

BMT Azərbaycanla bu 4 istiqamət üzrə əməkdaşlıq edəcək

Hazırda oxunan: BMT Azərbaycanla bu 4 istiqamət üzrə əməkdaşlıq edəcək

65477

“30 il əvvəl Azərbaycan BMT-yə qoşuldu, bir neçə ay sonra BMT nümayəndəliyini Azərbaycanda açdı. Keçən 30 il ərzində bu əməkdaşlıq inkişaf etdi, Azərbaycan BMT-nin fəal üzvünə çevrildi”. 

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda deyib. 
Diplomat BMT-Azərbayan əlaqələrinin formasının dəyişdiyini qeyd edib:

“Əməkdaşlığın forması dəyişdi. Biz Azərbaycana humanitar dəstək verdik, Azərbaycan münaqişədən çıxmış yüz minlərlə məcbur köçkünü olan ölkə idi. Amma ölkədə iqtisadi və insan kapitalı inkişaf etdi, yoxsulluq və işsizlik səviyyəsi azaldı. Azərbaycan BMT-yə töhfələr verdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv, həmçinin Qoşulmama Hərəkatının sədri kimi çoxtərəfliyə dəstək verdi”. 

Vladanka Andreeva Azərbaycanla-BMT-nin 4 istiqamət üzrə fəaliyyət planını təsdiqlədiyini vurğulayıb:

“Azərbaycan və BMT arasında 2021-2025 fəaliyyət planı təsdiqlənib, 4 əsas istiqamət götürülüb: İnklüziv inkişaf, güclü institutlar, ətraf mühitin qorunması və qadınların bütün sahələrdə iştirakının gücləndirilməsi. Bu gün bu iclas bizə imkan verəcək ki, əməkdaşlığı, bu istiqamətləri müzakirə edək”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO