YAP İdarə Heyətinin iclasında 2 sənəd TƏSDİQLƏNDİ 

YAP İdarə Heyətinin iclasında 2 sənəd TƏSDİQLƏNDİ 

Hazırda oxunan: YAP İdarə Heyətinin iclasında 2 sənəd TƏSDİQLƏNDİ 

65454

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda YAP-ın 2021-ci il üzrə maliyyə hesabatları və “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra hər iki sənəd təsdiqlənib. 

YAP-ın 2021-ci il üzrə maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

*** 12.05 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videoformatda iclası keçirilir.

Bizim.Media-nın xəbərinə görə, toplantıda əvvəlcə partiyanın 2021-ci il üzrə maliyyə hesabatları müzakirəyə çıxarılacaq.

Daha sonra İdarə Heyətinin üzvləri “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO