Tikinti materialları bahalaşır, mənzillərin qiymətində artım olacaq – VİDEO 

Tikinti materialları bahalaşır, mənzillərin qiymətində artım olacaq – VİDEO 

Hazırda oxunan: Tikinti materialları bahalaşır, mənzillərin qiymətində artım olacaq – VİDEO 

65448

Azərbaycanda son 1 ildə yeni tikilən binalarda mənzillərin qiyməti 17-20  faiz arası bahalaşıb. Tikinti İstehsalçıları Assosiasiyasınınsədri Ramiz İsayev bildirir ki, əvvəl yeni tikililərdə 90 kvadratlıq mənzilin qiyməti 100 min manat idisə, indi bu rəqəm 20 min manat artıb.

Bizim.Media xəbər verir ki, belə evlərin satışı xeyli azalıb.  

Mənzil bazarındakı sürətli bahalaşmanın səbəblərinə gəlincə, Ramiz İsayev deyir ki, adətən bunu inşaat materiallarının qiymətinin artması ilə əlaqələndirirlər.

Ancaq bazarı təhlil etdikdə, digər əngəllərin qiymətlərə daha çox təsir etdiyini görürük. Onun sözlərinə görə, bahalaşmaya səbəb olan əsas amillərdən biri tikinti normalarına qoyulan tələblərin dəyişməsi, komunal xidmətlərə dair texniki şərtlərin rüsumlarının çoxluğudur. Eyni zamanda Bakıda torpaq sahələrinin azalması və pilot layihələrin davam etdirilməməsi də mənzillərin dəyərini artırır. 

Xammal çatışmazlığı, ölkəyə bir çox inşaat materialların yalnız idxal olunması da bazara birbaşa təsir edir. Bunun nəticəsidir ki, son 1 ildə bəzi malların qiyməti 50 faiz bahalaşıb. 

Mişar daşı və kərpicin qiyməti də 4-9 qəpik arası bahalaşıb. 

Bir tərəfdən isə bəzi inşaat işlərinə gündüz saatlarında icazə verilməməsi tikinti şirkətlərinin işini çətinləşdirir. 

Qeyd edək ki, hazırda ən ucuz mənzillər Masazır və Xırdalan ərazisində tikilir. Burada evlərin 1 kvadrat metri 800 manatdan satışa çıxarılır. Nəsimi və Yasamal rayonları isə bahalı tikilililərin olduğu ərazilər hesab edilir. Bu rayonlarda qiymətlər 1 kvadrat metr üçün 2500 manatdan başlayır. 
“Xəzərxəbər”in mövzu ilə bağlı materialını təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO