Heydər Əliyev Fondu uşaq evlərinə kitab hədiyyə etdi - FOTO

Heydər Əliyev Fondu uşaq evlərinə kitab hədiyyə etdi - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu uşaq evlərinə kitab hədiyyə etdi - FOTO

65372

Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib.

Bizim.Media xəbər verir ki, aksiya Bakı Kitab Mərkəzi və bp Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan "Yüksəl" təhsil layihəsi çərçivəsində keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.  

Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə olunub. 

Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO