Bakıda qumbara aşkarlandı - FHN ərazini boşaltdı - VİDEO

Bakıda qumbara aşkarlandı - FHN ərazini boşaltdı - VİDEO

Hazırda oxunan: Bakıda qumbara aşkarlandı - FHN ərazini boşaltdı - VİDEO

65365

Bakının Nizami rayonunda qumbaralar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Daha sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı üzərində olan 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd “RQN-D” əl qumbarası və onun 1 ədəd partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Əməliyyat görüntülərini təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO