Dünyanın ilk “fast food” restoranı tapıldı - FOTO

Dünyanın ilk “fast food” restoranı tapıldı - FOTO

Hazırda oxunan: Dünyanın ilk “fast food” restoranı tapıldı - FOTO

6533

Fast food restoranlarının əcdadı İtaliyanın Napoli şəhəri yaxınlığında, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsindən sonra lava altında qalan qədim Roma şəhəri Pompeydə tapılıb.

Pompeydə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Roma şəhərinin 13 min sakininə küçə yeməyi təqdim edən dükan üzə çıxarılıb. İki küçənin kəsişməsindən yerləşən Romalılara isti yemək və içki təqdim edən dükanın bugünkü fast food restoranlarından fərqli olaraq freskalarla bəzədilməsi diqqət çəkir.

Latınca “isti içki sayğacı” mənasını verən “termopolium”-un qarşısında parlaq rəngli freskalarla bəzədilmiş dairəvi dəzgah da yer alır. Dəzgahın yazınlığında bəzəkli bürünc su qabları, keramika bankalar, şərab şüşələri və şorba bişirmək üçün istifadə olunan amforalar da tapılıb.

Dükan ərazisində aparılan arxepoloji qazıntılar nəticəsində 2000 illik qida qalıqlarına da rast gəlinib. Qida qalıqlarına əsasən ilk fast food restoranının əhaliyə toyuq və ördək ətindən haırlanmış qidalar təqdim etdiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO