Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsin cəzası açıqlandı

Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsin cəzası açıqlandı

Hazırda oxunan: Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsin cəzası açıqlandı

65300

"Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu Soltan Əliyev vasitəsilə Səadət Xəlilov və onun tanışlarına 2 milyon manata yaxın sələm verib.
 

MÖVZU İLƏ BAĞLI:

Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb - TƏFƏRRÜAT 


Belə ki, onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Əhmədovu bu işə pul yatırmağa inandırıblar. Sabiq rəis pulların bir qisimini rəhbəri olduğu YAP-ın Yasamal rayon təşkilatının binasında onlara verib.

Biznes uğurlu alınmadığından Səadətgil sələmi qaytara bilməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dələduzluq ittihamı ilə S.Xəlilova qarşı cinayət işi başlanılıb.

Qeyd edək ki, məhkəmə araşdırması zamanı digər iki təqsirli bilinən şəxs Qulu Muxtarov və Sahil Abuşov qaçaraq istintaqdan gizləniblər. Hazırda onlar axtarışdadır. İş üzrə zərərçəkmiş kimi Tağı Əhmədovun dostu Soltan Əliyev AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, eyni zamanda professordur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO