Gəncədə bayram yarmarkaları təşkil olundu - FOTO

Gəncədə bayram yarmarkaları təşkil olundu - FOTO

Hazırda oxunan: Gəncədə bayram yarmarkaları təşkil olundu - FOTO

65183

Gəncədə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin “Gəncə Qalası” Ticarət Mərkəzində və  “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yarmarkada Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. 

Bazar qiymətindən aşağı satılan mal, qoyun və toyuq əti, un məmulatları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, meyvə, tərəvəz və digər məhsullar alıcılara təqdim edilib. 

Bununla yanaşı, yarmarkada bayram əhval-ruhiyyəsi yaradılıb, Novruz atributları ilə bəzədilib, alış-veriş etməyə gələn sakinlərdə xoş ovqat yaradılması məqsədilə milli müsiqilər səsləndirilib.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər iki ünvanda mart ayının 20-dək davam edəcək.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO