“Yatmaqdan doymur”, “Gözü yuxudan açılmır” ifadələri ya sizə, ya da siz tərəfdən kimlərəsə deyilir. Bəzi insanların yatmağı sevdiyi isə sirr deyil.
Bizim.Media xəbər verir ki, astroloqlar insanların yuxuya qarşı simpatiyalarının onların bürcləri ilə əlaqəli olduğunu bildirirlər.
Yatmağı ən çox sevən bürclərin siyahısını təqdim edirik:
Buğa
Bu bürcün nümayəndələri yuxunu hər şeydən çox sevirlər. Bir saat daha artıq yatmaq üçün onlar bütün planlarını təxirə sala bilərlər. Lakin buğalar lazımi şərait olduqda rahat yatmağı bacarırlar. Bunun üçün onların qaranlıq otaq və yumşaq yatağa ehtiyacları var.
Xərçəng
Xərçənglər də yatağan bürclər siyahısındadır. “Daş kimi yatmaq” ifadəsi bu bürcün nümayəndələrinə tamamilə uyğundur. Buna rəğmən xərçənglər gördükləri yuxuları xatırlamaqda çətinlik çəkirlər. Eyni zamanda onlar nə qədər çox yatsalar belə yuxusuz olduqlarından gileylənməyə davam edirlər. Xərçənglərin yuxu ilə bağlı ən ciddi problemi isə səyahət vaxtı yata bilməmələridir.
Tərəzi
Bu bürcün nümayəndələri ən asanlıqla yuxu gedən insanlardır. Hər şeyin planlı olmasını sevən tərəzilər üçün yuxu vaxtı da mühüm əhəmiyyət kəsb edir. Əgər onlar, nadir hallarda da olsa, gecə az yatırlarsa, ertəsi gün bunun əvəzini artıqlaması ilə çıxırlar. Onlar üçün gecə yuxusunun önəmi çox böyükdür.
Oxatan
Əksər astroloqlara görə ən yatağan bürc oxatandır. Onlar mümkün olduğu qədər tez yatıb, gec oyanmağı sevirlər. Macərapərəst olmaları ilə fərqlənən oxatanlar bəzən yuxu vaxtını ertələyə bilirlər. Lakin fürsət düşən kimi yatağa qaçmaqdan onları heç nə saxlaya bilməz. Adətən pozitiv yuxular görən oxatanların bu xüsusiyyəti onlara səhərlər xoşbəxt oyanmaq imkanı yaradır.
Oğlaq
Bu bürcün nümayəndələri üçün yatmaq gündəlik yerinə yetirilməli olan vəzifədir. Geniş xəyal dünyası olan oğlaqların yuxuları da həyəcanlı və əyləncəli olur. Yuxuları ağır olsa da, oğlaqlar gecələr tez-tez oyana bilirlər. Eyni zamanda bu bürün nümayəndələri başlarını yastığa qoyan kimi yuxuya getməyi bacarırlar.
Dolça
Ən çox yuxu görən bürcün nümayəndələri üçün yuxu rahatlıq simvoludur. Lakin dolçalar asanlıqla yuxuya getməyi bacarmırlar. Eyni zamanda onların yuxularındakı qarmaqarışıqlıq da gecə boyu tez-tez oyanmalarına səbəb olur. Lakin əksər dolçalar rahat yata bilməyin formulu kəşf ediblər. Əksər bürclərdən fərqli olaraq dolçalar günortalar da yuxuya getməyi bacarırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 17.03.2022
Ən yatağan ALTI BÜRC və onların YUXU ÖZƏLLİKLƏRİ
Hazırda oxunan: Ən yatağan ALTI BÜRC və onların YUXU ÖZƏLLİKLƏRİ
Hazırda oxunan: Ən yatağan ALTI BÜRC və onların YUXU ÖZƏLLİKLƏRİ
65174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.