Bizim.Media TASS informasiya agentliyinə istinadən məlumat verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatı zamanı 10 mindən çox döyüş sursatı aşkarlayıb.
Rusiya FHN-dən verilən məlumatda qeyd olunur ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” dəstəsinin mütəxəssisləri Dağlıq Qarabağda pirotexnika axtarışları davam etdirirlər. Bu günə qədər təxminən 53 hektar ərazidə axtarış aparılıb, 10 mindən çox partlayıcı qurğu aşkar olunub.
Sursatlar arasında 4,7 mindən çox mərmi, 416 müxtəlif minaatan mərmisi, top mərmiləri üçün 378 partladıcı, “Qrad” çoxsaylı raket sistemlərinin raketlərinin 260 parçası, həmçinin 3,2 mindən çox patron, 540 qumbara və beş “Malyutka” və “Faqot” tipli tank əleyhinə idarəolunan raketlər müəyyən edilib.
Tapılan sursatlar zərərsizləşdirilməsi üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə daşınıb. Hazırda əməliyyatlar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 27.12.2020
Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı aşkarlayıb
Hazırda oxunan: Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı aşkarlayıb
Hazırda oxunan: Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı aşkarlayıb
6517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.