Azərbaycanda məktəblərin öyrədici resurslarla təmin olunması planlaşdırılır – Dəstə nələr daxildir? 

Azərbaycanda məktəblərin öyrədici resurslarla təmin olunması planlaşdırılır – Dəstə nələr daxildir? 

Hazırda oxunan: Azərbaycanda məktəblərin öyrədici resurslarla təmin olunması planlaşdırılır – Dəstə nələr daxildir? 

65169

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2021/2022-ci tədris ilində pilot olaraq ölkənin 27 şəhər və rayonunun seçilmiş ümumtəhsil məktəblərinə dərsliklərlə yanaşı, resurs dəsti təqdim edilib. Bura lövhə üçün transporter, kəsmə əlifba, həndəsə taxtası, şəkilli hərf kartlar, ədəd və kəsr kartları (plakat şəklində), 100-lük kartlar, ölçü vahidləri, top (kiçik), idman bayraqları, şar, fit, qayçı, vatman kağızı, müxtəlif rəngli təbaşir, marker, markerlə yazılan lövhə, təbaşirlə yazılan lövhə və s. daxildir.   

Bizim.Media xəbər verir ki, bu barədə Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə 45000-ə yaxın I sinifdə təhsil alan şagird bu resurs dəstlərindən yararlanıb. 

Təqdim olunan resurs dəstinin təlimin keyfiyyətinə təsirinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən xüsusi seçim əsasında müəyyənləşdirilmiş məktəblərdə aparılan tədqiqatda sorğu, qiymətləndirmə və müşahidə metodlarından istifadə edilib.   

Tədqiqat zamanı ilkin olaraq öyrədici resurs dəsti verilmiş məktəblərdə dərs deyən 904 nəfər ibtidai sinif müəllimi ilə “Google Forms”da onlayn sorğu keçirilib. 

Sorğuda iştirak edən ibtidai sinif müəllimlərin 98%-i ümumtəhsil məktəblərinə təqdim olunmuş öyrədici resursların pedaqoji prosesin təşkili üçün mövcud ehtiyacları ödədiyini, 94%-i öyrənmə mühitinə müsbət təsir göstərdiyini və təhsilin keyfiyyətinin yüksəlməsinə imkan yaratdığını, 91%-i isə şagirdlərin dərsə marağının artmasına səbəb olduğunu bildiriblər. 

Mərkəzinin direktoru tədqiqatdan alınan nəticələrə əsasən aşağıdakı təklifləri irəli sürüb:

“Öyrədici resurs dəsti təqdim olunan siniflərdə təhsil alan şagirdlərin resurs dəsti verilməyən siniflərdə təhsil alan şagirdlərə nisbətən daha yüksək nəticə göstərməsini nəzərə alaraq, şagirdlərin məntiqi təfəkkürünün və idrakının inkişafına müsbət təsir göstərən öyrədici tədris resurslarının yaradılıması sistemli səciyyə daşımalı və qarşıdakı illərdə bütün məktəblərin öyrədici resurslarla təmin olunması zəruridir.  

Mövcud resursların çeşidlərinin artırılmasının daim diqqət mərkəzində saxlanılması, məktəblərə təqdim edilən resursların tərkibcə zənginləşdirilməsi məqsədəuyğun hesab olunur. Belə ki, öyrədici resurslar dəstinə:  

- Azərbaycan dili və rus dili (təlim rus dilində) fənləri üzrə hərf, heyvan, meyvə və s. şəkilli maqnitlər, üzərində hərf və təsvir edilmiş xalçaşəkilli pazıllar, sait, samit, heca, kök və şəkilçiləri əks etdirən plakatlar;    
 

- riyaziyyat fənni üzrə maqnitli rəqəmlər, ədəd oxu və saat maketi, ədədlərin müqayisəsi üçün kartlar, hesab əməllərini əks etdirən plakatlar, kütlənin ölçülməsi üçün tərəzi, hesab taxtası və s. əlavə edilsin.   


Müasir texnologiyalardan istifadənin səmərəliliyini nəzərə alaraq məktəblərin digər – çap, texniki, vizual, audiovizual, rəqəmsal və s. resurslarla da təmin edilməsi təklif olunur”.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO