“Berlin Pub”dakı qətl hadisəsi ilə bağlı danışan ŞAHİD: “Vüqarın vurulmasını görməmişəm”

“Berlin Pub”dakı qətl hadisəsi ilə bağlı danışan ŞAHİD: “Vüqarın vurulmasını görməmişəm”

Hazırda oxunan: “Berlin Pub”dakı qətl hadisəsi ilə bağlı danışan ŞAHİD: “Vüqarın vurulmasını görməmişəm”

65100

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmədə şahid dindirilib.

Bizim.Media xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ramin Cəlilov bildirib ki, hadisə zamanı “Berlin Pub” kafesində olub:

"Rəhmətlik Vüqar Mustafayevlə kafeyə gələndə Orxan bizi ora buraxmadı. Səbəb isə ayağımda corabın olmaması idi. Sonra mənə dostum corab verdi, içəri keçdik içəri. Orada rezerv etdiyimiz masanın göstərilməsini xahiş etdik. Amma bizə deyildi ki, yer başqasına verilib, həmçinin orada qızsız oturmaq olmaz. Kafedə mübahisə düşdü. Daha çox mübahisə edən Valeh idi. O, söyüşə görə Orxan vurdu.

Vüqarın vurulmasını və ölməsini görməmişəm. Vüqarı öz maşınımızla “Leyla Medical Center”ə apardıq. Lakin xəstəni qəbul etmədilər. Sonra oranın təcili tibbi yardım maşını ilə Sabunçuda yerləşən xəstəxanaya apardıq".
Məhkəmənin növbəti iclası martın 28-na təyin edilib.

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO