Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi

Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi

Hazırda oxunan: Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi

65021

Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncə şəhərinə gətirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, öldürülən İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov, Camal Salmanov əslən Kəlbəcər rayonundandırlar və onlar Gəncə şəhərində, Gülüstan qəsəbəsinə məskunlaşıblar.

Onlar bu gün Göygöl rayonunda dəfn olunacaqlar.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO