Qubada Torpaq çərşənbəsi qeyd edildi - FOTO

Qubada Torpaq çərşənbəsi qeyd edildi - FOTO

Hazırda oxunan: Qubada Torpaq çərşənbəsi qeyd edildi - FOTO

65001

Qubada Torpaq çərşənbəsi və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Bəşir Səgəroğlu adına Quba Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı alovlandırılıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bütün qubalıları, şəhərin qonaqlarını bayram münasibəti ilə təbrik edib.

Sonra bayram şənliyi hava şəraiti səbəbindən Mədəniyyət Mərkəzində davam etdirilib. 

Yerli sənətkarlar, idmançılar xalq sənətinə aid əl işlərini və idman oyunlarını mümayiş etdiriblər. Sonra şənlik bayram konserti ilə davam edib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO