DTX-nın hərbi hospitalında beynəlxalq elmi konfrans - FOTO

DTX-nın hərbi hospitalında beynəlxalq elmi konfrans - FOTO

Hazırda oxunan: DTX-nın hərbi hospitalında beynəlxalq elmi konfrans - FOTO

64974

DTX-nın hərbi hospitalında beynəlxalq elmi konfrans keçirilib.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin hərbi hospitalında “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, DTX-nin Hərbi-tibb baş idarəsinin və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkil etdiyi tədbirdə qeyd olunan tibb müəssisələrinin, həmçinin Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Azərbaycan Tibb Universitetinin əməkdaşları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

DTX əhaliyə XƏBƏRDARLIQ ETDİ - "Belə halların mövcudluğu..."


120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədov belə mövzuda tədbirin keçirilməsinin vacibliyinə toxunub.

O, respublikamızda COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi imkanların mövcudluğundan danışıb, konfransın təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirib.

Tədbirdə iştirak edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva mövzu ilə bağlı çıxış ediblər. 

Daha sonra tədbir “COVİD-19” pandemiyasının və onun yeni növ ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında iştirakçıların çıxışları və panel müzakirələrlə davam edib.

Tədbirin yekununda iştirakçılar konfransın önəmli töhfələr verəcəyinə əminlik ifadə ediblər, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO