Fazil Mustafa Kür çayı ilə bağlı problemə DİQQƏT ÇƏKDİ – “Ölkə ekoloji fəlakətin astanasındadır” 

Fazil Mustafa Kür çayı ilə bağlı problemə DİQQƏT ÇƏKDİ – “Ölkə ekoloji fəlakətin astanasındadır” 

Hazırda oxunan: Fazil Mustafa Kür çayı ilə bağlı problemə DİQQƏT ÇƏKDİ – “Ölkə ekoloji fəlakətin astanasındadır” 

64940

“Kür çayının Kür arxına çevrilməməsi üçün lazımi tədbirlər vaxtında görülməyib. Respublika Kür adında ekoloji fəakətin astanasındadır”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.   

Deputat fikirlərini bu cür davam etdirib:

“Digər problem ölkədə əlverişli investisiya mühitini hələ də yarada bilməməyimizlə əlaqədardır. Dövlət İnvestisiya Fondu yaradılıb, çox mühüm işlər görülüb, çox vacib sənədlər qəbul edilib. Lakin bu mühiti yaratmaq çətin olub. Ukraynada baş verən hadisələr və Rusiyadakı iqtisadi böhran onu göstərdi ki, çoxsayda azərbaycanlının həmin ölkələrə qoyduqları investisiyalar demək olar ki, batdı.

Bu da gizlətməli deyil ki, bizneslərdən bəziləri məmurların həmin ölkələrə yatırdıqları investisiyalardır.  

Biz niyə, elə bir mühit yaratmalıyıq ki, iş adamları qaçıb getsin xaricə, orada da bir böhran baş verəndə, ölkə bu qədər itkilərə məruz qalsın”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO