Həbsxanalarda doğulan körpələr anasından necə alınır? - ARAŞDIRMA

Həbsxanalarda doğulan körpələr anasından necə alınır? - ARAŞDIRMA

Hazırda oxunan: Həbsxanalarda doğulan körpələr anasından necə alınır? - ARAŞDIRMA

64937

Ölkəmizdə bir çox qadınlar müxtəlif səbəblərdən cinayət törətdikləri üçün cəzaçəkmə müəssisələrində məhkumluq həyatı yaşayırlar. Onların arasında azyaşlı körpəsi olan analar çoxdur. 

Bəs qanunvericiliklə bu məsələ necə tənzimlənir?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, qadın məhkum olunduğu müddətdə ana olarsa və ya cəza törətdiyi müddətdə onun 3 yaşına kimi uşağı olarsa, ona övladı ilə birgə həbsxanada cəza çəkməsinə şərait yaradılır:

“Məhkum yeni dünyaya gəlmiş övladı ilə 3 yaşına kimi qala bilər. Onların bu hüquqları qanunla tənzimlənir. Qanuncvericiliyə uyğun olaraq həmin uşaqların yaxın qohumlarının onları cəzaçəkmə müəssiələrində gəlib uşaqlarına baş çəkməyə şərait yaradılır. Qanun qoyduğu yaş həddi bitəndən sonra 3 yaşı tamam olan uşaqlar analarından alınaraq himayəçiyə verilir. Bu himayəçi məhkumun həyat yoldaşı, valideynləri və ya digər qohumu ola bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Amnistiyaya düşən qadınların sayı açıqlandı


Cəzaçəkmə müəssisəsində böyümüş oranı doğma bilib, anasının yanına öyrəşən körpələrin zamanı gəlincə məkanla və anası ilə vidalaşması təbii ki, hər ikisi üçün məyusedici haldır. 

Psixoloq Mədinə Rəsulun sözlərinə görə, cəzaçəkmə müəssisələrində psixoloqların olması və ana ilə ciddi söhbətlərin aparılması çox mühümdür:

“Uşağa ilk 3 ilinin harada keçməsi elə də önəmli deyil, çünki olduğu məkanın fərqində olmur. Uşaq üçün əsas məsələ onun anasının nə qədər rahat hiss etməsi, güvəndə olmasıdır. Həmin anlarda depressiya, sıxıntı olarsa, uşaq soyuq münasibəti hiss edə bilər. Həbsxanadakı uşaqların gələcəyi və ananın psixoloji durmunu qaydaya salmaq üçün mütləq bir psixoloq təyin olmalıdır”.

3 yaşından sonra...
 

“Uşaqların həbsxanadan digər valideyn və ya qohumunun himayəsinə verilməsi prosesi də diqqətli şəkildə aparılmalıdır.


Bu dönəm çox ağır keçəcək, çünki gözaçıb ilk gördüyü şəxsin-anasının yanından çıxıb başqasının himayəsinə keçmək uşaqlar üçün elə də asan olmur. Buna görə də ikinci ana rolunu kim öz üzərinə götürəcəksə bu istər qadın, istərsə də kişi ola bilər, öncədən uşaqla təmasda olmalı, anasının yanında olduğu müddətdə tez-tez həbsxanaya gəlib onlara baş çəkməli və uşağa nəvazişini hiss etdirməlidir”, - deyə psixoloq qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO